DÜNYA » SİYASƏT
08 Oktyabr 2021, 13:37 (GMT +4)

İraqda Parlament seçkilərinə start verilib

Bakı, 8 oktyabr, SalamNews, B.Samid. İraq Parlamenti ötən gündən etibarən buraxılıb və bu gündən seçkilərin birinci mərhələsinə start verilib.

SalamNews xəbər verir ki, İraqda bu gündən seçkilərin birinci mərhələsinə start verilib.

Seçkilərin birinci mərhələsinə, əsasən hərbçilər və təhlükəsizlik qüvvələri olmaqla bir milyondan çox seçici qatılacaq.

Ümumi seçki isə cari ayın 10-da keçiriləcək.

Qeyd edək ki, İraq Parlamenti  altı ay bundan öncə qəbul etdiyi qərara əsasən carı ayın yeddisində buraxıldığını elan edib. Parlamentlə yanaşı hökumət də seçkilər öncəsi səlahiyyətlərinin məhdudlaşdırıldığını elan edib.