![]() |
DÜNYA » HADİSƏLƏR |
06 Oktyabr 2021, 11:42 (GMT +4) Rusiyada kiçik gəminin qəzaya uğraması nəticəsində iki nəfər ölüb Bakı, 6 oktyabr, SalamNews. Ağ dənizdə "Favorit" adlı kiçik gəminin qəzaya uğraması nəticəsində iki nəfər ölüb. SalamNews TASS-a istinadən xəbər verir ki, bu barədə təcili xidmət məlumat yayıb. "Gəmidəki sərnişinlərdən birinin cəsədi sahildə tapılıb. Ümumi ölənlərin sayı iki nəfərdir, ikisinin taleyi hələ də məlum deyil", - məlumatda deyilir. Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti TASS-a ikinci şəxsin öldüyünü təsdiqləyib. |