DÜNYA » HADİSƏLƏR
04 Oktyabr 2021, 13:30 (GMT +4)

Pakistanda avtobus qəzasında 7 nəfər ölüb

Bakı, 4 oktyabr, SalamNews. Pakistanın şimal-şərqindəki Pəncab əyalətində sərnişin avtobusu aşıb. Qəza nəticəsində 7 nəfər ölüb, 28 nəfər yaralanıb.

SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə polis məlumat yayıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, avtobus sürücüsü təkərinin partlaması nəticəsində idarəetməni itirib. 5 nəfər hadisə yerində, daha 2 nəfər xəstəxanada dünyasını dəyişib.

Zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilib, bəzilərinin vəziyyəti ağırdır.