AZƏRBAYCAN » İDMAN
28 Sentyabr 2021, 14:30 (GMT +4)

"Omoniya" - "Qarabağ" matçının hakimləri müəyyənləşib

Bakı,  28 sentyabr, SalamNews, R.Nadirli. Avropa Konfrans Liqası H qrupunun ikinci turu çərçəvəsində baş tutacaq "Omoniya" - "Qarabağ" matçını idarə edəcək hakimlər müəyyənləşib.

SalamNews UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmada ədaləti Şotlandiyadan olan hakimlər briqadası qoruyacaq. Görüşün baş hakimi Bobbi Madden olacaq. Ona həmyerliləri Devid Rum və Alan Mulvenni kömək edəcək. Dördüncü hakim funksiyasını Kreyq Napyer yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 30-da keçiriləcək "Omoniya" - "Qarabağ" qarşılaşması Bakı vaxtilə saat 23:00-da start götürəcək.