DÜNYA » SİYASƏT
27 Sentyabr 2021, 09:52 (GMT +4)

İran Kəşfiyyatı ölkənin cənub-qərbində bir silahlı qrupu zərərsizləşdirdiyini bildirib (VİDEO)

Bakı, 27 sentyabr, SalamNews, B.Samid. “İranın Xuzestan əyalətində bir silahlı qrup zərərsizləşdirilib.”

SalamNews İRNA-a istinadla xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyinin Xuzestan bölməsi məlumat yayıb.

Bildirilib ki, verilən məlumatlardan sonra aparılan əməliyyat nəticəsində cənub-qərb sərhəd bölgələrinin birində, Ərbəin günü ərəfəsində təhlükəsizliyə zərbə vurmaq istəyən bir silahlı qrup zərərsizləşdirilib.

Əməliyyat nəticəsində onlarla silah ələ keçirilib.

İran Kəşfiyyat Nazirliyi cənub-qərb rayonlarının əhalisinə əməkdaşlığa görə təşəkkür edib.

Bəyanatda bildirilib ki, qrup regionda olan bəzi dövlətlərdən dəstək alırmış.