AZƏRBAYCAN » İDMAN
25 Sentyabr 2021, 11:52 (GMT +4)

Avropa kuboku: "Vüqar Həşimov" komandası bürünc medal qazanıb

Bakı,  25 sentyabr, SalamNews, R.Nadirli. Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışında Azərbaycan komandası bürünc medal qazanıb.

SalamNews xəbər verir ki, Azərbaycanı təmsil edən “Vüqar Həşimov” komandası 7-ci turda turnirin favoriti Makedoniyanın “Alkaloid” komandasını məğlub edib. Xalların sayını 11-ə çatdıran komandamız 3-cü yeri tutub.

Xatırladaq ki, kişilərin yarışında 38 komanda mübarizə aparır.