AZƏRBAYCAN » SİYASƏT
25 Sentyabr 2021, 11:43 (GMT +4)

ATƏT-də Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü alqışlanıb

Bakı, 25 sentyabr, SalamNews. ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 2020-ci ilin noyabrından bəri ilk görüşünü alqışlayırlar.

SalamNews -un məlumatına görə, bu barədə vasitəçilərin ATƏT-in rəsmi saytında dərc olunmuş bəyanatında deyilir.

ATƏT-in Minsk Qrupunun həmsədrləri, mandatları çərçivəsində həll edilməmiş problemlərin hərtərəfli həlli yollarını tapmaq üçün tərəflərlə işləməyə davam edəcəklərini qeyd edib.

Qeyd edək ki, BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ-dan Endryu Şafer, Fransadan Stefan Viskonti və Rusiyadan İqor Xovayev ilə, habelə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşləri olub.