DÜNYA » SİYASƏT
25 Sentyabr 2021, 10:27 (GMT +4)

İran Azərbaycan hökumətinin birinci və ikinci Qarabağ müharibələrində istədiyi köməkləri əsirgəməyib – İran rəsmisi

Bakı, 25 sentyabr, SalamNews, B.Samid. “İran İslam Respublikası öz strateji siyasətinə əsasən həmişə Azərbaycanın Qarabağın bütün bölgələri üzərində olan suverenliyinə və hakimiyyətinə təkidlə yanaşıb, Azərbaycan hökumətinin birinci və ikinci Qarabağ müharibəsində istədiyi hər növ köməyi əsirgəməyib.”

SalamNews xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı Səfirliyinin hərbi ateşşesi Cavad Frutən Bakıda İranın “Müqəddəs Müdafiə Həftəsi”nin (İran-İraq müharibəsi) 41-ci ildönümü ilə bağlı keçirilən mərasimdəki çıxışında deyib.

İran rəsmisi bu mərasimdəki çıxışının sonunda iki ölkə münasibətlərinə də toxunub.

O deyib:

“Hazırda İran qonşu ölkələrlə xüsusilə də qardaş və dost Azərbayacan Respublikası ilə yaxşı əlaqələrə malikdir. İki ölkənin müdafiə və hərbi müstəvidəki münasibətləri də genişlənməkdədir.”

Cavad Frutən əlavə edib:

“Xoşbəxtlikdən indi Azərbaycanda da silahlı qüvvələrin güclü addımlarını görürük və mən də öz növbəmdə 44 günlük müharibədəki qələbəyə görə Azərbaycan hökuməti və xalqını təbrik edirəm. Qarabağ müharibəsinin şəhidlərinin ruhuna rəhmət diləyirəm.”