DÜNYA » SİYASƏT
24 Sentyabr 2021, 19:08 (GMT +4)

Minlərlə Ərbəin zəvvarı yolların açılması üçün sərhədə toplaşıb (VİDEO)

Bakı, 24 sentyabr, SalamNews, B.Samid. Ərbəin ziyarətinə getmək istəyən minlərlə zəvvar İran-İraq sərhədinə axışıb.

SalamNews xəbər verir ki, İraq hökuməti yalnız 60 min iranlıya Ərbəin ziyarətinə qatılmağa icazə verib. İraq hökuməti bu zəvvarların yalnız hava yolları ilə İraqa gəlməsini vacib hesab edir və quru yolları zəvvarların üzünə bağlayıb.

Məlumata görə ötən gün quru sərhədlərin açılması ilə bağlı şayiələrin yayılmasından sonra minlərlə zəvvar İran-İraq sərhədində Şələmçə keçidinə toplaşıb.

Onlar sərhədlərin açılmasını istəyiblər.

Lakin İraqla yanaşı İranın aidiyyatı qurumları da koronavirus pandemiyası ilə bağlı quru sərhəd keçidlərin açılmayacağını bildiriblər.