AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA
24 Sentyabr 2021, 18:02 (GMT +4)

AzTU-da kadr dəyişikliyi aparılıb

Bakı, 24 sentyabr, SalamNews. Azərbaycan Texniki Universitetində (AzTU) kadr dəyişikliyi aparılıb.

Universitetdən SalamNews-a verilən məlumata görə, AzTU-nun Karyera mərkəzinin müdiri Aytac Rzayeva vəzifəsindən azad edilib.

Onun yerinə Keyfiyyətin idarə edilməsi şöbəsinin müdiri Təhminə Yaqubova təyin olunub.

Digər dəyişikliyə əsasən, Tədris hissəsinin müdiri Qəmər İsayeva Keyfiyyətin idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Maşınqayırma və robototexnika fakültəsinin dekanı Ərəstun Məmmədov isə Tədris hissəsinin müdiri vəzifəsinə təyin olunub.

Maşınqayırma və robototexnika fakültəsinin dekanı vəzifəsi müvəqqəti olaraq dekan müavini Elgün Şəbiyevə həvalə olunub.