DÜNYA » CƏMİYYƏT
24 Sentyabr 2021, 17:15 (GMT +4)

Norveç mərhələli şəkildə ölkəyə səyahət məhdudiyyətlərini ləğv edəcək

Bakı, 24 sentyabr, SalamNews. Norveç, koronavirusun yayılması səbəbindən tətbiq edilən ölkəyə giriş məhdudiyyətlərinin 25 sentyabrdan başlayaraq mərhələli şəkildə ləğv edəcək. Proses üç mərhələdən ibarət olacaq.

SalamNews TASS-a istinadən xəbər verir ki, bu barədə Norveç hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Hökumət məhdudiyyətləri üç mərhələdə ləğv edəcək. Birinci mərhələ sentyabrın 25-də yerli vaxtla saat 16:00-da başlayacaq", - məlumatda deyilir.