DÜNYA » SİYASƏT
24 Sentyabr 2021, 16:58 (GMT +4)

Ərdoğan: ABŞ-la münasibətlər tamamilə fərqli səviyyədə olmalıdır

Bakı, 24 sentyabr, SalamNews. ABŞ-la münasibətlər tamamilə fərqli səviyyədə olmalıdır.

SalamNews TASS -a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

"[Co] Bayden ilə olduğu kimi, əvvəlki Amerika prezidentləri ilə heç bir problemim olmamışdı. ABŞ terrorçu qruplara gözlədiyimizdən daha böyük miqyasda dəstək verməyə davam edir. NATO-da  müttəfiq olan Türkiyə ilə ABŞ arasındakı münasibətlər tamamilə fərqli səviyyədə olmalıdır",  Ərdoğan jurnalistlərlə söhbət edərkən deyib.