DÜNYA » SİYASƏT
24 Sentyabr 2021, 16:35 (GMT +4)

Suriya hökuməti ABŞ ordusunun ölkədən dərhal çıxmasını tələb edib

Bakı, 24 sentyabr, SalamNews, B.Samid. “ABŞ ordusunu Suriyadan çıxarmalıdır.”

SalamNews xəbər verir ki, bunu Suriyanın Xarici İşlər naziri Feysəl Miqdad “Rusiya-24” telekanalına müsahibəsində bildirib.  

 “Biz və Rusiya hesab edirik ki, ABŞ qoşunlarının Suriyada mövcudluğu qanunsuzdur və onlar ən qısa zamanda ölkəni tərk etməlidirlər. Əks təqdirdə Əfqanıstanda və ya başqa bir ölkədə olduğu kimi aqibətləri sonlanacaq”, - deyə Feysəl Miqdad bildirib.

Qeyd edək ki, 2,500 civarında ABŞ hərbçisi Suriyada Fəratın şərqində kürd separatçılarının və neft quyularının olduğu məntəqələrdə yerləşiblər.