RUSİYA » HADİSƏLƏR
24 Sentyabr 2021, 13:18 (GMT +4)

Rusiyada "Ka-27" helikopteri qəzaya uğrayıb  

Bakı, 24 sentyabr, SalamNews. Kamçatkada qəzaya uğrayan "Ka-27" helikopterin heyətindən sağ qalan olmayıb. 

SalamNews bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

"İlkin məlumata görə, qəza yerinə baxıldıqdan sonra sağ qalanın olmadığı müəyyən edilib", - deyə aviasiya xidmətinin məlumatında deyilir.

Rusiya FTX-ya məxsus "Ka-27" helikopteri Kamçatka diyarının Ostroy dağı yaxınlığında sərt eniş edib. Helikopterdə üç nəfərin olduğu ehtimal olunur.

Vertolyotun qalıqları təxminən 950 m yüksəklikdə tapılıb.