DÜNYA » SİYASƏT
24 Sentyabr 2021, 12:37 (GMT +4)

Misir İsrailin nüvə obyektlərinin yoxlanılmasını istəyib

Bakı, 24 sentyabr, SalamNews, B.Samid. Misir İsraildən Beynəlxalq Atom enerjisi Agentliyinin qaydalarına müsbət cavab verməyi və nüvə obyektlərinin qapılarını açmağı istəyib.

SalamNews Əlcəzirəyə istinadla xəbər verir ki, bunu Misirin beynəlxalq təşkilatlar üzrə nümayəndəsi Məhəmməd əl-Molla deyib.

Misir nümayəndəsi son çıxışında Yaxın Şərqin nüvə silahından təmizlənməsi, bölgədə və dünyada nüvə və kütləvi qırğın silahları sahəsində rəqabətə son qoyulmasını istəyib.

O həmçinin İsraildən, BAEA-nin nüvə sahəsilə ilə bağlı qoyduğu öhdəliklərə əməl etməsini istəyib.

Misir nümayəndəsi İsraildən bütün nüvə obyektlərinin yoxlanılmasına icazə verilməsini istəyib.

Qeyd edək ki, Stokholm Sülh Araşdırmaları Mərkəzinin hesabatına görə İsrailin minimum 80 nüvə başlığı var.