DÜNYA » SİYASƏT
24 Sentyabr 2021, 09:17 (GMT +4)

Səudiyyə Ərəbistanı Yəməndən hücuma keçən beş PUA-nın qarşısını aldığını bildirib

Bakı, 24 sentyabr, SalamNews, B.Samid. Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi Yəməndən ölkənin Xams-Mşit bölgəsinə daxil olan beşinci PUA-nı da vurduğunu bildirib.

SalamNews xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanın hərbi koalisiyası rəsmi tvitter hesabı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, “husilərin Yəməndən atdıqları beşinci PUA-nın da qarşısı Xams-Mşit səmasında alınıb.”

Bu arada mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən Silahlı Qüvvələri” (husilər) ölkədə əl-Bəyda əyalətini tam olaraq nəzarətə götürdüklərini və son əməliyyatda 2,700 kvadrat km ərazini nəzarətlərinə keçirdiklərini elan ediblər.

Bu irəliləyişlə Yəmənin Mərib şəhəri də husilərin mühasirəsinə düşmək üzrədir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı koalisiyası 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb.