DÜNYA » HADİSƏLƏR
23 Sentyabr 2021, 14:04 (GMT +4)

Pakistan HHQ-yə məxsus təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

Bakı, 23 sentyabr, SalamNews. Pakistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi təlim uçuşu zamanı ölkənin şimal-qərbindəki Hayber-Pahtunhva əyalətinin Mardan bölgəsində qəzaya uğrayıb.

SalamNews xəbər verir ki, bu barədə "Geo News" telekanalı "BBC" nümayəndəsinin açıqlamasına istinadən məlumat yayıb.

Pilotun taleyi məlum deyil.

Hadisənin baş vermə səbəblərini öyrənmək üçün qəza yerinə xüsusi komissiya cəlb edilib.