DÜNYA » SİYASƏT
23 Sentyabr 2021, 10:06 (GMT +4)

Türkiyə, İran və Azərbaycanın üçtərəfli görüşü Tehranda keçiriləcək

Bakı, 23 sentyabr, SalamNews, B.Samid. Türkiyə, İran və Azərbaycan Respublikasının ənənəvi üçtərəfli görüşü yaxın zamanlarda Tehranda keçiriləcək.

SalamNews İRNA-a istinadla xəbər verir ki, bu barədə İran və Türkiyənin xarici işlər nazirləri danışıqlar aparıblar.

Nyu-Yorkda BMT Baş Assambleyasının iclasında görüşən Mövlud Çavuşoğlu və Hüseyn Əmir-Abdullahiyan ikitərəfli və üçtərəfli görüşləri və onların gündəmini müzakirə ediblər.

Məlumata görə tərəflər İran, Türkiyə və Azərbaycan Respublikasının üçtərəfli görüşünün yaxın zamanlarda Tehranda keçirilməsində razılığa gəliblər.

Həmçinin iki XİN rəhbəri Suriya və Əfqanıstan məsələsini də müzakirə ediblər.

Bu görüşdə həmçinin bildirilib ki, prezident İbrahim Rəisi Türkiyəli həmkarı Rəcəb Təyyib Ərdoğanı Tehrana rəsmi səfərə dəvət edib.