DÜNYA » HADİSƏLƏR
22 Sentyabr 2021, 14:50 (GMT +4)

İnterfaks: Xabarovskda göyərtəsində altı nəfərin olduğu "An-26" təyyarəsi ilə əlaqə kəsilib

Bakı, 22 sentyabr, SalamNews. Rusiyada göyərtəsində altı nəfərin olduğu güman edilən "An-26" təyyarəsi ilə Xabarovsk diyarında əlaqə kəsilib.

SalamNews bu barədə  İnterfaks-a istinadən xəbər verir.

"An-26" təyyarəsi Xabarovskdan 40 km aralıda texniki uçuş həyata keçirirdi, lakin birdən onunla əlaqə kəsilib və radarlardan itib", - mənbə bildirib.