DÜNYA » SİYASƏT
22 Sentyabr 2021, 11:26 (GMT +4)

Braziliya prezidentini BMT-də müşayiət edən səhiyyə naziri koronavirusa yoluxub

Bakı, 21 sentyabr, SalamNews. BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka səfər edən Prezident Jair Bolsonaronu müşayiət edən Braziliya Səhiyyə naziri Marselu Keyroqa koronavirusa yoluxub.

SalamNews TASS-a istinadən xəbər verir ki, bu barədə "Globo" qəzeti məlumat yazıb.

Məlumata görə, Keyroqa Nyu Yorkda qalacaq və 14 gün özünütəcrid rejimində olacaq. 

Qeyd edək ki, bu, Bolsonaranu BMT-də müşayiət edən dövlət qulluqçuları arasında ikinci koronavirusa yoluxma halıdır.