AZƏRBAYCAN » HADİSƏLƏR
21 Sentyabr 2021, 09:15 (GMT +4)

Ağdamda ekskavator yol tikintisi zamanı minaya düşüb, xəsarət alan var

Bakı, 21 sentyabr, SalamNews. Ağdam rayonunda yol tikintisi zamanı mina partlayışı olub.

SalamNews xəbər verir ki, hadisə Xaçınçay ərazisində baş verib.

Ekskavatorun tank əleyhinə minaya düşməsi nəticəsində Sumqayıt şəhər sakini, 1972-ci il təvəllüdlü Ağayev Zəfər Yunis oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Z.Ağayev Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.