AZƏRBAYCAN » HADİSƏLƏR
20 Sentyabr 2021, 16:20 (GMT +4)

Biləsuvar gömrük postunda yarım ton heroin aşkarlanıb

Bakı, 20 sentyabr, SalamNews. Gömrük orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

SalamNews xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Twitter"də paylaşım edib.

O bildirib ki, ölkənin cənub sərhədində Biləsuvar gömrük postunda 527 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilib.