RUSİYA » SİYASƏT
20 Sentyabr 2021, 15:26 (GMT +4)

Peskov Ərdoğanın Rusiyaya səfərinin planlaşdırıldığını təsdiq edib 

Bakı, 20 sentyabr, SalamNews. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün ölkəmizə səfəri gözlənilir. SalamNews "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Həqiqətən, Türkiyə Prezidenti Ərdoğanın Rusiya Federasiyasına işgüzar səfəri hazırlanır", Kremlin sözçüsü bildirib.

Onun sözlərinə görə, "gündəm geniş olacaq, ikitərəfli əlaqələr, çoxşaxəli münasibətlər və əlbəttə ki, Suriya və digər regional münaqişələr də müzakirə olunacaq", - Peskov qeyd edib.