AZƏRBAYCAN » HADİSƏLƏR
20 Sentyabr 2021, 13:40 (GMT +4)

Bakı metrosunda xəttə buraxılmış sınaq qatarında nasazlıq yaranıb

Bakı, 20 sentyabr, SalamNews. Bu gün "Bakı Metropoliteni" QSC-nin "Memar Əcəmi" stansiyasında qatarların hərəkətində problem yaranıb.

Bu barədə SalamNews-qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

B.Məmmədovun sözlərinə görə, xəttə verilmiş sınaq qatarında nasazlıq yarandığı üçün "Memar Əcəmi" stansiyasında köməkçi qatar verilib:

"Köməkçi qatardan sərnişinlər düşürülüb. Sınaq qatarı xətdən çıxarılıb. Ümumən iki qatar arasında 12 dəqiqə yubanma olub".