DÜNYA » SİYASƏT
20 Sentyabr 2021, 10:56 (GMT +4)

Netanyahu ABŞ prezidentini görüş zamanı yuxuladığına görə məsxərə edib (VİDEO)

Bakı, 20 sentyabr, SalamNews, B.Samid. İsrailin sabiq baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydenin rəsmi görüş zamanı yuxulamasına istehza ilə münasibət bildirib.

SalamNews xəbər verir ki, Likud partiyasının sədri Benyamin Netanyahu Co Baydenin İsrailin baş naziri Naftalı Bennetlə Vaşinqtonda rəsmi görüş zamanı yuxulamasına məsxərə edərək, münasibət bildirb.

Facebook-da canlı yayımla Likud partiyası üzvləri üçün çıxış edən Netanyahu istehza ilə bildirib ki, Bayden bu görüşdə Bennetin sözlərinə çox diqqətlə qulaq asır, başını aşağı salmaqla onun sözlərini təsdiqləyirmiş.

Qeyd edək ki, İsrailin baş naziri Naftalı Bennetin Vaşinqtona ilk səfərində ABŞ prezidenti ilə rəsmi görüşü zamanı Co Baydenin yuxulaması, ona qarşı tənqidlərin artmasına səbəb olub.