AZƏRBAYCAN » CƏMİYYƏT
20 Sentyabr 2021, 09:45 (GMT +4)

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakı, 20 sentyabr, SalamNews. Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 100 m² olan mənzilin eyvanına yığılan istifadəyə yararsız tikinti materialları 4 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən SalamNews-a verilən məlumata görə, mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.