DÜNYA » İDMAN
19 Sentyabr 2021, 10:59 (GMT +4)

Türkiyə çempionatı: "Beşiktaş" səfərdə qalib gəlib

Bakı,  19 sentyabr, SalamNews, R.Nadirli. Futbol üzrə Türkiyə Super Liqasında 5-ci turun oyunları keçirilir.

SalamNews xəbər verir ki, şənbə günü daha dörd qarşılaşma baş tutub.

Lider “Beşiktaş” bu turda “Antalyaspor” səfərinə yollanıb. İstanbul təmsilçisi bu oyunda çətin qələbəyə sevinib.

“Trabzonspor” isə “Kasımpaşa” ilə səfər oyununda 3 xalı tək qolla qazanıb.

“Sivasspor” – “Qaziantep” matçında qalib müəyyənləşməyib. “Adana Dəmirspor” isə “Rizəspor”u məğlub yola salıb.

Türkiyə Super Liqası
5-ci tur

18 sentyabr

Sivasspor – Qaziantep 1:1
Qol: Yatabare, 21 – Fiqeyredo, 90+2.

Kasımpaşa – Trabzonspor 0:1
Qol: Bakasetas, 53.

Antalyaspor – Beşiktaş 2:3
Qol: Rayt, 42. V.Sarı, 45+1 – R.Yılmaz, 49. Batşuayi, 65. Gezzal, 76.

Adana Dəmirspor – Rizəspor 3:1
Qol: Balotelli, 31-pen. Varqas, 40. Byarnason, 66 – Boldrin, 53.