DÜNYA » SİYASƏT
18 Sentyabr 2021, 15:35 (GMT +4)

Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 7 terrorçunu məhv edib

Bakı, 18 sentyabr, SalamNews. Türkiyə xüsusi təyinatlıları PKK terror təşkilatının Suriya qanadının 7 silahlısını məhv edib.

SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə  Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Terrorçular Suriyanın şimalındakı "Barış Pınarı" əməliyyatı zonasına hücum etməyə cəhd edib.

"Türkiyə qətiyyətlə bölgədə terrorizmə qarşı mübarizəni davam etdirəcək", açıqlamada deyilir.