DÜNYA » İDMAN
18 Sentyabr 2021, 14:52 (GMT +4)

Əfsanəvi futbolçu Pelenin səhhəti yenidən pisləşib

Bakı,  18 sentyabr, SalamNews, R.Nadirli. Braziliya milli komandasının keçmiş futbolçusu Pelenin səhhəti yenidən pisləşib. 

SalamNews “RMC Sport” telekanalına istinadən xəbər verir ki, sabiq hücumçu müalicə olunduğu xəstəxananın reanimasiya şöbəsinə köçürülüb.


80 yaşlı əfsanəvi futbolçu sentyabrın 6-da yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. O, sentyabrın 14-də xəstəxananın intensiv terapiya şöbəsindən palataya köçürülmüşdü.