AZƏRBAYCAN » MƏDƏNİYYƏT
18 Sentyabr 2021, 13:51 (GMT +4)

Şuşada ilk dəfə Milli Musiqi Günü keçirilir

Bakı, 18 sentyabr, SalamNews. Bu gün ilk dəfə Milli Musiqi günü Şuşada keçirilir.

SalamNews-un xəbərinə görə, tədbirdə iştirak edən nümayəndə heyəti xalq artisti Bülbülün evini və Natəvan bulağını ziyarət ediblər, tanınmış şuşalılar Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün heykəlləri önünə gül dəstələri qoyublar. Hər il dahi Üzeyir Hacıbəylinin ad günündə qeyd olunan tədbir, bu dəfə onun heykəlinin ucaldığı parkda keçirilir.

Tədbiri giriş sözü ilə Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov açıb.