DÜNYA » SİYASƏT
18 Sentyabr 2021, 11:09 (GMT +4)

Əlcəzairin sabiq prezidenti Əbdüləziz Buteflika vəfat edib

Bakı, 18 sentyabr, SalamNews, B.Samid. İyirmi il Əlcəzairin prezidenti olmuş Əbdüləziz Buteflika vəfat edib.

SalamNews Əlcəzairin sabiq prezidenti Əbdüləziz Buteflika ötən gün 84 yaşında vəfat edib.

Ölkənin altıncı prezidenti iki il idi ki, həkim nəzarətində yaşayırdı.

Qeyd edək ki, sabiq prezident Əbdüləziz Buteflika 1999-cu ildən 2019-cu ilədək ölkənin prezidenti olub. 2019-cu ilin aprel ayında Əlcəzairdə kütləvi etiraz aksiyaları nəticəsində istefa verdikdən sonra ordunun dəstəyi ilə burada müvəttəqi hökumət təşkil edilib. Həmin ilin dekabrında keçirilən prezident seçkilərində Əbdülməcid Təbun ölkə prezidenti olub.