QAFQAZ » SİYASƏT
18 Sentyabr 2021, 10:53 (GMT +4)

Məhkəmə Robert Koçaryanın Moskva səfərinə icazə verməyib

Bakı, 18 sentyabr, SalamNews. Ermənistanın birinci instansiya məhkəməsi respublikanın keçmiş prezidenti, rüşvət iddiası ilə cinayət işi davam edən Robert Koçaryanın Moskvaya səfərinə icazə verməyib.

SalamNews TASS-a istinadən xəbər verir ki, bu barədə Koçaryanın liderlik etdiyi "Ermənistan" blokunun mətbuat xidməti məlumat yayıb.

"Rusiyanın hakim partiyası "Vahid Rusiya" "Ermənistan" blokunun lideri Robert Koçaryana təxminən bir həftə əvvəl Moskvaya səfərlə bağlı dəvət göndərib. Lakin birinci instansiya məhkəməsi onun ölkədən çıxmasına icazə verməyib. Səfərdən imtina etmək məcburiyyətindəyik. Məhkəmənin səfərə mane olmaq üçün heç bir hüquqi əsası yox idi. Hökumətin məhkəməyə  təzyiq etməsinin bir daha şahidi oluruq", - blokun bəyanatında deyilir.