DÜNYA » SİYASƏT
18 Sentyabr 2021, 10:22 (GMT +4)

ABŞ Kabildə 7-si uşaq olmaqla 11 mülki şəxsin aviazərbə ilə öldürdüyünü etiraf edib

Bakı, 18 sentyabr, SalamNews, B.Samid. ABŞ Müdafiə Nazirliyi ötən ay Kabildə 11 mülki şəxsin ölümü ilə nəticələnən hava zərbəsi haqda açıqlama verib.

SalamNews ABŞ mətbuatına istinadla xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Lloyd Oustin bəyanata verib.

Bildirilib ki, ötən ayın Avqust ayının 29-da Əfqanıstanın paytaxtı Kabil şəhərində səhvən mülki şəxslərin olduğu maşına hava zərbəsi endirilib.

ABŞ müdafiə naziri ölkə ordusuna məxsus PUA-nın endirdiyi hava zərbəsi nəticəsində yeddisi uşaq olmaqla 11 mülki şəxsin öldüyünü etiraf edib.

Qeyd edək ki, ABŞ mənbələri bu hava zərbəsinin İŞİD-in “Xorasan Vilayəti” qrupunun üzvünə endirildiyini bildirmişdilər.

ABŞ müdafiə naziri buna görə üzr istəyib.