AZƏRBAYCAN » SİYASƏT
17 Sentyabr 2021, 14:52 (GMT +4)

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanla birgə keçirilən təlimlər barədə məlumat yayıb

Bakı, 17 sentyabr, SalamNews. Konya şəhərindəki aviabazada keçirilən və Azərbaycan Hərbi Hava Qüvvələrinin də qatıldığı “TurAz Şahini - 2021” birgə taktiki təlimləri uğurla başa çatıb.

SalamNews-un xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

“Təlimi uğurla icra edən bütün şəxsi heyəti təbrik edirik”, - deyə qeyd olunub.