AZƏRBAYCAN » MƏDƏNİYYƏT
17 Sentyabr 2021, 13:34 (GMT +4)

Şuşanın 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyi təqdim edilib

Bakı, 17 sentyabr, SalamNews. Mədəniyyət naziri Anar Kərimov Özbəkistanın Xiva şəhərində nazirlərin 38-ci iclasında Şuşanın 2023-ci ildə "Türk dünyasının mədəniyyət paytaxtı"na namizədliyini təqdim edib.

SalamNews xəbər verir ki, bu barədə A.Kərimov özünün rəsmi tvitter səhifəsində paylaşım edib.

"Özbəkistanın Xiva şəhərində nazirlərin 38-ci iclasında iştirak etdim və ölkəmizin təşkilatla əməkdaşlığından, Qarabağda tarixi-mədəni abidələrin dağıdılmasından və Vətən müharibəsindən danışdım", - nazir vurğulayıb.