DÜNYA » DİN
17 Sentyabr 2021, 11:58 (GMT +4)

Ərdoğan Diyanət İşləri İdarəsinə sədr təyin edib

Bakı, 17 sentyabr, SalamNews. Professor Əli Erbaş yenidən Türkiyə Diyanət İşləri İdarəsinin sədri  təyin edilib.

SalamNews xəbər verir ki, müvafiq sərəncamı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.

A.Erbaş bu vəzifəyə yenidən təyin olunduğuna görə Prezidentə minnətdarlığını bildirib.

Erbaş 2017-ci ildən Diyanət İşləri İdarəsinin sədridir.