DÜNYA » HADİSƏLƏR
17 Sentyabr 2021, 11:07 (GMT +4)

Yaponiyada vulkan püskürməsi baş verib

Bakı, 17 sentyabr, SalamNews. Yaponiyanın cənub-qərbindəki Suvanose adasında vulkan püskürməsi baş verib.

SalamNews TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Kraterdən 1 km radiusda vulkanik süxurlar qeydə alınıb. Seysmoloqlar adada vulkan fəaliyyətinin davam etməsi ehtimalı barədə xəbərdarlıq edib.

Bu baxımdan bölgədə beş ballıq şkala üzrə üçüncü dərəcəli təhlükə səviyyəsi elan edilib.

Vulkana 2 km-dən az məsafədə yaxınlaşmaq olmaz.

Adada xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Hal-hazırda burada təxminən 80 nəfər yaşayır.