AZƏRBAYCAN » CƏMİYYƏT
17 Sentyabr 2021, 09:30 (GMT +4)

Bakıda mənzildə qadın meyiti tapılıb

Bakı, 17 sentyabr, SalamNews. Bakı şəhərinin Səbail rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bu barədə SalamNews Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Hadisə yerinə cəlb olunan Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1938-ci il təvəllüdlü Muxanova Yuliya Aleksandrovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.