AZƏRBAYCAN » CƏMİYYƏT
16 Sentyabr 2021, 15:52 (GMT +4)

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı, 16 sentyabr, SalamNews. Azərbaycanda son sutkada koronavirus əleyhinə 60 384 vaksin vurulub.

Bu barədə SalamNews-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 311, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 073 nəfərdir.

Vaksinlərin ümumi sayı 7 806 235, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 570 812, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 235 423 təşkil edir.