DÜNYA » SİYASƏT
16 Sentyabr 2021, 14:15 (GMT +4)

Rusiyada son sutkada 19 594 koronavirusa yoluxma halı qeydə alınıb

Bakı, 16 sentyabr, SalamNews. Rusiyada son sutkada 19 594 koronavirusa yoluxma halı qeydə alınıb. Ümumilikdə pandemiya dövründə ölkədə 7 214 520 yoluxma hadisəsi aşkarlanıb. SalamNews xəbər verir ki, bu barədə koronavirusla mübarizə üzrə operativ qərargah məlumat yayıb.

Ötən gün 18 841 COVID-19-a yoluxma barədə məlumat verilirdi. 

Son sutkada 794 nəfər koronavirusun yaratdığı fəsadlardan ölüb. Ölənlərin ümumi sayı 195.835 -dir.

Ölkədə son sutkada 17 326 nəfər olmaqla bütün epidemiya dövründə 6 452 398 xəstə COVID-19-dan sağalıb.