RUSİYA » SİYASƏT
16 Sentyabr 2021, 13:38 (GMT +4)

Putin ətrafındakı çox sayda insanın koronavirusa yoluxduğunu açıqlayıb

Bakı, 16 sentyabr, SalamNews. KTMT sammitində çıxış edən Rusiya Prezidenti Vladimir Putin, ətrafındakı bir çox insanın koronavirusa yoluxduğunu bildirib.

Dövlət başçısı təəssüf hissi ilə son anda Düşənbəyə səfərini ləğv etmək məcburiyyətində qaldığını qeyd edib.

"Çox təəssüf edirəm, amma bunun səbəbi yaxınımdakı insanlar arasında koronavirusa  yoluxanların aşkar edilməsidir. Bu bir deyil, iki deyil, onlarla insandır", o qeyd edib.

Onun sözlərinə görə, bir neçə gün ərzində o özünütəcrid rejiminə riayət etməli olacaq.

SalamNews RT-yə istinadən xəbər verir ki, Putin videokonfrans vasitəsilə KTMT ölkələri liderlərinin görüşündə iştirak edir.