DÜNYA » HADİSƏLƏR
16 Sentyabr 2021, 09:40 (GMT +4)

Çində baş verən zəlzələdə ölənlərin sayı 3-ə yüksəlib, 60 nəfər yaralanıb

Bakı,  16 sentyabr, SalamNews. Çinin Siçuan bölgəsində baş verən zəlzələdə ölənlərin sayı 3-ə yüksəlib, azı 60 nəfər xəsarət alıb.

SalamNews xəbər verir ki, bu barədə "Sina" informasiya portalı məlumat yayıb.

Məlumata görə, azı üç nəfər ağır yaralanıb. 7 minə yaxın insan təxliyə edilib.

"Sinxua" xəbər agentliyi daha əvvəl iki ölü və üç yaralı olduğunu xəbər verirdi.

Çin Seysmoloji Mərkəzinin məlumatına görə, bu gün səhər yerli vaxtla saat 04:33 -də (Bakı vaxtı ilə 00:33) Luçhou şəhərinin Lu rayonu ərazisində 6  bal gücündə zəlzələ baş verib.

Zəlzələnin ocağı 10 km dərinlikdə olub.