AZƏRBAYCAN » MƏDƏNİYYƏT
15 Sentyabr 2021, 13:40 (GMT +4)

Mehriban Əliyeva Yaqub Zurufçunun dəfn mərasiminə əklil göndərib 

Bakı, 15 sentyabr, SalamNews. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Əməkdar artist Yaqub Zurufçunun dəfn mərasiminə əklil göndərib.

SalamNews xəbər verir ki, əklil sənətçinin məzarı önünə qoyulub.

Qeyd edək ki, Y.Zurufçu ötən gün "Yeni klinika"da koronavirusdan vəfat edib.