DÜNYA » SİYASƏT
15 Sentyabr 2021, 08:53 (GMT +4)

Suriya sərhədi zolağında İraq Silahlı Qüvvələrinə hava zərbələri endirilib (VİDEO)

Bakı, 15 sentyabr, SalamNews, B.Samid. İraq-Suriya sərhədində İraq Silahlı Qüvvələrinin tərkib hissəsi olan Haşd-Şabi qüvvələrinə hava zərbələri endirilib.

SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, ötən gecə İraqın əl-Ənbar əyalətinin əl-Qaim rayonu ərazisində, Suriya ilə sərhəd bölgədə Haşd-Şabi qüvvələrinə dörd dəfə hava zərbəsi endirilib.

Hava zərbələrinin PUA-lar vasitəsilə endirildiyi və bu hücum nəticəsində 3 zirehli və hərbi maşının sıradan çıxdığı bildirilir.

Haşd-Şabi qüvvələrinə edilən bu hücumda canlı itkilərin və xəsarətlərin olmadığı deyilir.

Bu hücumun ABŞ tərəfindən həyata keçirildiyini ehtimal edilir. Pentaqon bu hücuma hələ münasibət bildirməyib.