DÜNYA » SİYASƏT
14 Sentyabr 2021, 12:46 (GMT +4)

Taliban sabiq vitse-prezidentin evindən altı milyon dolların çıxdığını iddia edib (VİDEO)

Bakı, 14 sentyabr, SalamNews, B.Samid. Taliban hərəkatı sabiq vitse-prezident Əmrulla Salehin evindən altı milyon dolların aşkarlandığını bildirib.

SalamNews xəbər verir ki, bu barədə Taliban mənbələri video yayımlayıblar.

Bildirilib ki, sabiq vitse-prezident Əmrulla Salehin Kabildəki evində aparılan axtarışlar zamanı burada altı milyon dollar civarında dəyərləndirilən nəğd pul və qızıl-zinət əşyaları aşkarlanıb.

Qeyd edək ki, milliyyətcə tacik olan Əmrulla Saleh və Əhməd Məsud hazırda Pəncşirdə Talibana qarşı döyüşən Milli Müqavimət Cəbhəsinə rəhbərlik edirlər.

Əmrulla Saleh bundan öncə özünü ölkədə qalan ən yüksək çinli legitim rəsmi şəxs olduğunu bildirmişdi.