DÜNYA » SİYASƏT
14 Sentyabr 2021, 11:42 (GMT +4)

Nüvə bombasının yanacağını istehsal etmək üçün İrana bir ay vaxt lazımdır – KİV

Bakı, 14 sentyabr, SalamNews, B.Samid. “İrana təqribən bir ay lazımdır ki, bir nüvə bombasının yanacağını istehsal etsin.”

SalamNews xəbər verir ki, bu barədə ABŞ-ın New-York Times qəzeti hesabat yayımlayıb.

Mənbə “Beynəlxalq təhlükəsizlik və elm” institutunun hesabatı haqda məlumat verərək bildirib ki, İrana bir nüvə bombasının yanacağını istehsal etmək üçün bir ay vaxt lazımdır.

Əlavə edilib ki, İranda uranın 60 faiz dərəcəsində zənginləşdirilməsilə bağlı qərrar bu ölkəni nüvə bombasına yaxınlaşdırıb.

Xatırladaq ki, ABŞ, dünya ictimaiyyətinin 2015-ci ildə İranla əldə etdiyi nüvə sazişindən birtərəfli şəkildə çıxandan sonra İrana qarşı sərt sanksiyalara başlayıb. Sazişdə qalan Avropa dövlətləri neftin satışı və maliyyə köçürmələrilə bağlı İrana verdikləri vədə əməl edə bilmədikdən sonra rəsmi Tehran da sazişdə olan öhdəliklərini tədricən azaltmağa başlayıb. Ötən ildə İranın Nətənz nüvə obyektinə qarşı təxribat və bir nüvə aliminin terror edilməsindən sonra İran sazişdə olan öhdəliklərini daha da azaldıb və uranın 60 faiz dərəcəsində zənginləşdirilməsi işlərinə başlayacağını, nüvə obyektlərində olan kameraların çəkilişlərini məhdudlaşdırdığını və sair addımları atdığını bildirib.