DÜNYA » SİYASƏT
13 Sentyabr 2021, 16:07 (GMT +4)

Taliban hərəkatı liderinin ölümünü təkzib edib

Bakı, 13 sentyabr, SalamNews, B.Samid. Taliban hərəkatın hərbi qanadının sabiq lideri Molla Əbdülğəni Bəradərin öldürülməsi xəbərini təkzib edib.

SalamNews xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Məhəmməd Nəim rəsmi tvitter səhifəsində yazıb.

Bildirilib ki, hərəkatın lideri Molla Əbdülğəni Bəradərin ölümü və ya öldürülməsi ilə bağlı xəbərlər əsassızdır.

Qeyd edək ki, Əbdülğəni Bəradər Talibanın təşkil etdiyi yeni hökumətdə baş nazirin müavini vəzifəsini daşıyır.