DÜNYA » SİYASƏT
13 Sentyabr 2021, 10:13 (GMT +4)

İraqın baş naziri İmam Rzanın (ə) məqbərəsini ziyarət edib (FOTO)

Bakı, 13 sentyabr, SalamNews, B.Samid. İraqın baş naziri Mustafa əl-Kazimi İrana səfəri çərçivəsində İmam Rzanın məqbərəsini ziyarət edib.

SalamNews xəbər verir ki, İraqın baş naziri İrana səfərinin yekununda Məşhəd şəhərində İmam Rzanın məqbərəsini ziyarət edib və burada namaz qılıb.

Qeyd edək ki, Mustafa əl-Kazimi İranda prezident seçkilərindən sonra bu ölkəyə rəsmi səfərə gedən ilk dövlət başçısıdır.

Bu səfər çərçivəsində İranla İraq arasında viza rejiminin ləğv edilməsilə bağlı razılıq və sair anlaşmalar əldə edilib.