DÜNYA » SİYASƏT
13 Sentyabr 2021, 09:17 (GMT +4)

İran və İraq arasında viza rejiminin ləğvi barədə razılıq əldə edilib

Bakı, 13 sentyabr, SalamNews, B.Samid. İran və İraq arasında viza rejiminin ləğvi ilə bağlı aparılan danışıqlar müsbət nəticə verib.

SalamNews İRNA-a istinadla xəbər verir ki, bunu İranın prezidenti İbrahim Rəisi Tehranda İraqın baş naziri Mustafa əl-Kazimi ilə birgə keçirilən mətbuat konfransı zamanı deyib.

İran prezidenti bildirib ki, aparılan danışqılardan sonra iki ölkə arasında viza rejiminin ləğvi məsələsi müsbət həllini tapıb.

O həmçinin bildirib ki, İraq hökuməti Ərbəin ziyarətinə gedəcək iranlıların sayının artırılması məsələsinə müsbət cavab verib.

Qeyd edək ki, İraqın baş naziri İranda prezident seçkilərindən sonra Tehrana səfər etmiş ilk dövlət başçısıdır.