RUSİYA » HADİSƏLƏR
13 Sentyabr 2021, 09:02 (GMT +4)

Rusiyada sərnişin təyyarəsi sərt eniş edib, ölən və xəsarət alanlar var

Bakı,  13 sentyabr, SalamNews. Rusiyada "L-410" təyyarəsi İrkutsk bölgəsinə sərt eniş edib.

SalamNews xəbər verir ki, bu barədə "TASS"a təcili yardım xidmətindəki mənbə məlumat verib. 

"İrkutskdan Kazaçinsk istiqamətində uçan L-410 təyyarəsi sərt eniş edib. Təyyarədə iki ekipaj üzvü olmaqla 14 nəfər olub", mənbə bildirib.

Məlumata görə, hadisə nəticəsində ikinci pilot ölüb. Neçə nəfərin xəsarət aldığı qeyd edilmir.